SUALLAR VƏ CAVABLAR

  • Portaldan istifadə qaydaları

    Elektron dərslik (e-dərslik) portalı şagirdlərin elektron dərsliklərdən rahat istifadə etməsi məqsədilə hazırlanmışdır. Elektron dərslikləri şagirdlər həm onlayn olaraq portal daxilində onlayn rejimdə, həm də öz fərdi kompüterlərinə yükləyərək oflayn rejimdə, istədikləri vaxt və məkanda istifadə edə bilərlər. Bundan əlavə, yaradılmış elektron dərslikləri planşetlər vasitəsilə də rahat istifadə etmək mümkündür.

  • Portala qeydiyyat

    Portaldan istifadə etmək üçün qeydiyyat tələb olunur. Bunun üçün Portala daxil olduqda əsas səhifədə qarşınıza çıxacaq “qeydiyyatdan keç” düyməsini (Şəkil 1.) klikləyərək açılan formanı (Şəkil 2) doldurmaq və sonra GÖNDƏR düyməsinə klikləmək lazımdır. Bu əməliyyatı yerinə yetirdikdə artıq siz portalda qeydiyyatdan keçmiş hesab olunursunuz.


  • Portala daxil olmaq

    Əsas səhifədəki ”daxil ol” düyməsinə (Şəkil 3) kliklədikdən sonra açılan aşağıdakı formada portalda qeydiyyatdan keçərkən seçdiyiniz istifadəçi adını və parolunu yazdıqdan sonra ”daxil ol” düyməsini çıqqıldadın. Artıq siz portala daxil olursunuz.

  • Kitablardan istifadə qaydası

    “Kitablarım” bölməsində elektron kitab rəfindən (Şəkil 5) oxumaq istədiyiniz kitabın üstünə klikləyərək kitab haqqında məlumatla (Şəkil 6) tanış olmaq mümkündür. Kitab haqqında məlumatın verildiyi səhifədə kitabdan istifadə formaları da göstərilmişdir. Burada 3 tip istifadə nəzərdə tutulur. Bunlar; kitabın ePub formatında kompüterin və ya planşetin yaddaşına köçürülməsi, oflayn oxumaq üçün yüklənməsi və onlayn oxumadan ibarətdir.



  • Şəxsi komputerdə dərslikdən istifadə qaydası

    “Oflayn oxumaq üçün yüklə” düyməsinə klikləyərək kitabı kompüterinizə yükləyin. Siz arxiv (.zip) faylı yükləmiş olacaqsınız. Arxiv faylı açmaq üçün kompüterinizdə olan winrar və ya oxşar arxiv açma proqramından istifadə edə bilərsiniz. Kitabı arxivdən çıxartdıqdan sonra kitab qovluğu içindəki basla.html faylını açaraq kitabınızı oxuya bilərsiniz. Kitabın epub versiyasını yükləyərək də oflayn rejimdə kitabdan istifadə etmək mümkündür. Oflayn rejimdə epub isitifadə etmək üçün http://azardi.infogridpacific.com/azardi-download.html bu keçiddə olan proqramın kompüterdə yüklənmiş olması lazımdır. Sözügüdən proqramı göstərilmiş keçidi açdıqdan sonra (Şəkil 8), kompüterinizdə istifadə edilən əməliyyat sistemini seçərək yükləyə bilərsiniz.

  • ePub istifadəsi

    ePub elektron cihazlarda kitabların rahat oxunabilməsi üçün yaradılmış bir standartdır.

  • iOS planşetlərdə (iPad) epub kitabdan istifadə etmək (iTunes vasitəsi ilə)

    iPad-i kompüterə qoşduqdan sonra iTunes proqramını çalışdırın. Portaldan yüklədiyiniz ePub kitab faylını dartaraq iTunesda cihazının olduğu bölməyə atın. Bu zaman iTunes proqramında Elektron kitablar(books) bölməsi aktiv olacaq və planşetinizdə iBooks proqramı işləyəcəkdir. iBooks proqramına daxil olaraq kitab rəfindən kitaba klikləyərək kitabı oxuya bilərsiniz. (Şəkil 9)

  • iOS planşetlərdə (iPad) epub kitabdan istifadə etmək (Brouser vasitəsi ilə)

    Portala iPadda safari brouse istifadə edərək daxil olun və kitab səhifəsindən ePub yükləyə çıqqıldadın bu zaman “kitab iBooks proqramı ilə açılsınmı” mesajı veriləcək. “Open in iBooks” düyməsinə çıqqıldadın. Kitab yükləndikdən sonra bir başa açılacaqdır.

  • Android planşetlərdə epub kitabdan istifadə etmək

    Adroid planşetlerdə epub kitabdan istifadə etmək üçün ümumilikdə epub3 reader tipli bir proqramın planşetdə yüklənmiş olması lazımdır. Bu proqramlar içində Gitden reader ən rahat istifadəsi olan proqramdır. Bu proqramı Play Store-dan yüklədikdən sonra epub kitablarınızı planşetinizdə oxuya bilərsiniz. Gitden reader - https://play.google.com/store/apps/details?id=com.gitden.epub.reader.app