|
Ayırıcı qıf - durultma üsulunda istifadə olunan
laboratoriya avadanlığıdır.
Buxarlandırma üsulu - suda həll olan bərk
maddələrin su ilə qarışığından ayrılması
üsuludur.
Durultma üsulu - bir-birində həll olmayan
mayelərin ayırıcı qıf vasitəsilə ayrılmasıdır.
Ekzotermik reaksiyalar - istiliyin ayrılması ilə
baş verən reaksiyalardır.
|
Endotermik reaksiyalar - istiliyin udulması ilə
baş verən reaksiyalardır.
Əsas - acı dadlı, suda həll etdikdə OH- ionları
əmələ gətirən maddələrdir.
Fenolftalein - ağ rəngli toz halında maddə
olub məhlulu əsasi mühitdə çəhrayı rəngə
çevrilən, neytral və ya turş mühitdə isə rəngini
dəyişməyən maddədir.
|