əsaslanırdı. 1807-ci ildə Rusiyanı məğlub edərək Tilzit sülhü bağlayan I Napoleon onu da İngiltərəyə qarşı blokadaya qoşulmağa məcbur etdi.
Lakin “Qitə (kontinental) blokada” iqtisadi cəhətdən güclü olan Böyük Britaniyadan çox, Fransa və ondan asılı olan dövlətlərə mənfi təsir göstərdi. 1812-ci ildə I Napoleon Rusiyaya yürüş etdi. Lakin bu yürüş uğursuzluqla nəticələndi və I Napoleona qarşı yeni koalisiya yarandı. 1814-cü ildə müttəfiqlər Parisə daxil olub I Napoleonu hakimiyyətdən kənarlaşdırdılar.
VYANA KONQRESİ
1814-cü ildə Osmanlı imperiyasından başqa, bütün Avropa dövlətləri Vyana konqresində toplandı. Konqresin məqsədi I Napoleon müharibələrindən sonrakı dövlətlərarası münasibətlərin yeni qaydalarını müəyyən etmək idi. Konqresdə aparıcı rolu İngiltərə, Rusiya, AvstriyaPrussiya oynayırdı. Konqresin qərarına görə I Napoleondan geri alınan ərazilərdə etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, həmin ərazilərin monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu.
Vyana konqresindən sonra Avropada münasibətlər müntəzəm olaraq çağırılan konqreslərlə tənzimlənməyə başlandı. Hər hansı
Vyana konqresi
bir dövlətin digərlərinə təhlükə yaratmaması üçün güc tarazlığına ( qitədə heç bir dövlətin təkbaşına hakim olmaması ) və monarxiyaların hakimiyyətini qoruyan legitimliyə ( qanuniliyə ) əsaslanan dünya düzəni quruldu.
XIX yüzilliyin birinci yarısında Avropada dövlətlərarası münasibətlər monarxiya sülalələrinin legitimliyi prinsipinə əsaslanırdı. Yəni hər bir dövlət hakim sülalənin hökmdarına məxsus hesab edilirdi.
Vyana konqresinin hansı nəticələri oldu?
VYANA KONQRESİNİN QƏRARLARI
Böyük Britaniya Malta,
Seylon və Afrikanın
cənubuna sahib oldu.
Rusiya Polşanın bir
hissəsini ilhaq etdi.
Fransa inqilabdan əvvəlki sər-
hədlərinə qaytarıldı.
Avstriya və Prussiyanın əsas
rol oynadığı Almaniya ittifaqı
yaradıldı.