Azərbaycanda bəzi xanlıqlarda
siyasi mübarizə və işğallar ikihak-
imiyyətliliyin yaranmasına səbəb ol-
muşdu.
Şamaxı xanlığının yaranması. Şirvan coğrafi baxımdan böyük ərazini — Kür çayından şimal-şərqdəki torpaqları əhatə edirdi. XVIII əsrin ortalarında Azərbaycanın bu bölgəsində Quba, Dərbənd, Bakı və Şamaxı xanlıqları yaranmışdı.
Şamaxı xanlığı Şirvanın bir hissəsini əhatə edirdi. Bu xanlıq ərazisinə görə Azərbaycanın ən böyük xanlıqlarından biri idi, lakin xanlıqlar arasında baş verən müharibələr nəticəsində Şamaxı xanlığının da sərhədləri tez-tez dəyişirdi.