27

Fəza fiqurlarının açılışı

Araşdırma-

müzakirə

Praktik tapşırıq

Qutu düzəldək.
Ləvazimat: rəngli kağız, xətkeş, karandaş, yapışqanlı lent, qayçı.
İşin gedişi: kağız göstərilən ölçülərdə kəsilir. Qırıq xətlər olan yerdən qatlanır və yapışqanlı lentlə yapışdırılır.

Öyrənmə

Fəza fiqurlarını müstəvi fiqurlardan da düzəltmək olar. Bunun üçün vərəqdə uyğun fiqurlar çəkilir və xətlər üzrə qatlanaraq birləşdirilir. Qatlanma və birləşmə xətləri fəza fiqurunun tillərini, müstəvi fiqurlar isə onun üzlərini əmələ gəlir. Məsələn, şəkildəki fiquru qırıq xətlər üzrə qatladıqda kub alınar.
Bir fəza fiqurunun müxtəlif açılış şəkilləri ola bilər. Aşağıda bəzi fəza fiqurlarının açılış şəkillərinə nümunələr verilmişdir.
Kuboid
Üçbucaqlı prizma
Üçbucaqlı piramida
Dördbucaqlı piramida

Bələdçi

Hər fəza fiqurunun düzgün açılış şəkillərini müəyyən edin. Fikrinizi əsaslandırın.
• NÜMUNƏ •
6-cı bölmə • Həndəsi fiqurlar