"Qızılgül"
Musiqisi Hatəm Nəbioğlunun,
sözləri Abdulla Şaiqindir.
“Qızılgül” mahnısının işarələnmiş
hissəsini kanon şəklində oxuyun.
“Qızılgül”
Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?!
Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül.
Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Son üçün:
Qızıl güləm, qızıl gül.
Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
"Qızılgül"
Fatimə Qurbanova
Dərsdəki əhvali-ruhiyyənizə görə
güldana hansı qızılgülü qoyardınız?