2.9

SÜRTÜNMƏ QÜVVƏSİ.
SÜRTÜNMƏ QÜVVƏSİNİN
TƏSİRİ ALTINDA HƏRƏKƏT

İlk baxışdan sadə görünən belə bir eksperiment aparın. İki ədəd eyni ölçülü yumurta götürün: biri soyutma bişirilmiş, digəri çiy. Onlara eyni zamanda boşqabda fırlanma hərəkəti verin (eksperimenti yumurtaları ipdən asmaqla da aparmaq olar).
  • Hansı yumurta fırlanma hərəkətini daha tez dayandırar: çiy, yoxsa bişmiş? Nə üçün?
1
Sürtünmə qüvvəsi haqqında öyrəndikləriniz yadınızdadırmı?
Məsələ 1. Sürtünmə qüvvəsi haqqında biliklərinizə istinad edərək təsvirdəki məlumatlara əsasən (a) taxta tirciyin taxta lövhə üzərində sürüşmə sürtünmə əmsalını təyin edib onu cədvəl qiyməti ilə müqayisə edin (bax: Fizika-7: s.50 və ikinci forzas, cədvəl 2; Nəzərə alın. g = 10 m
san2
).
Nəticənin müzakirəsi:
  • Sürüşmə sürtünmə əmsalı nədən asılıdır?
  • Sürtünmə qüvvəsinin modulu nəyə bərabərdir?
  • Sürtünmə qüvvəsi olmasa idi, nə baş verərdi?

Sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsi bir-birinə toxunan cisimlər arasında yaranır və toxunan səthlər boyunca onların nisbi hərəkətinin əksinə yönəlir. Sürtünmə qüvvəsinin yaranmasına səbəb toxunan səthlərin kələ-kötür olması və bu səthlərin molekulları arasında “ilişmə qüvvələrinin” (cazibə xarakterli qüvvələrin) yaranmasıdır. Molekullar arasında belə qüvvələrin yaranması sürtünmə qüvvəsinin elektromaqnit təbiətli olduğunu müəyyənləşdirir.

Sürtünmə qüvvəsinin üç növü var: sürüşmə, diyirlənməsükunət sürtünmə qüvvələri.
● Sürüşmə sürtünmə qüvvəsi - bir cismin səthində digər cisim sürüşdükdə yaranan sürtünmə qüvvəsidir.
● Diyirlənmə sürtünmə qüvvəsi - bir cismin səthində digər cisim diyirləndikdə yaranan sürtünmə qüvvəsidir.