Burada l0 - bərk cismin başlanğıc, l isə son uzunluğudur, Δl - mütləq uzanmadır və onun BS-də vahidi metrdir. Δl<<l0 olduqda deformasiya elastik xarakterə malikdir. ε-nisbi uzanmadır və o, vahidsiz kəmiyyətdir.

Deformasiyaya məruz qalan cismin halı mexaniki gərginlik adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.
● Mexaniki gərginlik - deformasiya zamanı yaranan elastiklik qüvvəsinin modulunun (Fe) cismin en kəsiyinin sahəsinə (S) nisbətinə bərabər olan fiziki kəmiyyətdir.

σ = Fe
S
. (2.25)

Burada σ - mexaniki gərginlikdir. Onun BS-də vahidi paskaldır:

[σ] = 1 N
m2
= 1Pa.

  • Huk qanununa görə, mexaniki gərginlik kiçik deformasiyalarda nisbi uzanma ilə mütənasibdir:

σ = E ⋅ |ε| .(2.26)

E - mütənasiblik əmsalı olub Yunq modulu adlanır.

● Yunq modulu - nazik çubuğu dartıb iki dəfə uzatmaq üçün lazım olan gərginliyə bərabər fiziki kəmiyyətdir. O, cismin hazırlandığı materialdan asılıdır və onun da BS- də vahidi paskaldır: [E ] = [σ]
[ε]
= 1Pa.

(2.24) və (2.25) ifadələri Huk qanununda - (2.26)-da nəzərə alınarsa:

Fe
S
= E l |
l0
Fe = ES
l0
l |. (2.27)

Burada

ES
l0
= k (2.28)

olub çubuğun elastiklik əmsalı və ya sərtliyi adlanır.

Sərtlik - elastiklik qüvvəsi ilə mütləq uzanma arasında mütənasiblik əmsalı olub nümunənin hazırlandığı materialdan və onun həndəsi ölçüsündən asılıdır.

(2.28)-i (2.27)-də nəzərə alsaq, Huk qanununu belə də yazmaq olar:

Fe = kl |. (2.29)

Adətən, Huk qanunu

Fe = -kx (2.30)

şəklində də ifadə olunur. Burada x = Δl mütləq uzanmanı ifadə edir, mənfi işarəsi isə elastiklik qüvvəsinin zərrəciklərin yerdəyişməsinin əksinə yönəldiyini bildirir.

Onun BS-də vahidi:

[k] = [Fe]
l ]
= 1N
m
.