14. MANQANIN QURULUŞU VƏ DÖYÜŞ İMKANI

Bölmələrin döyüş tapşırığı onların tərkibi və döyüş imkanı ilə müəyyən edilir.

Motoatıcı bölmənin döyüş imkanı nədir?

Manqa ən kiçik taktiki bölmə olub, təşkilati olaraq taqımın tərkibinə daxildir. Yerləşdiyi ərazidən, döyüş tapşırığından asılı olaraq manqa piyadanın döyüş maşını, zirehli transportyor və ya avtomobil üzərində ola bilir.

Piyadanın döyüş maşını
Tuşlayıcı-operator To AK-74
Sürücü-mexanik Sm
Atıcı-sanitar As
Pulemyotçu P
Manqa komandiri K
Qumbaraatan Q
Atıcı-qumbaraatan
köməkçisi AQk
Baş atıcı Ba
Atıcı A
Zirehli transportyor
TuşlayıcıT AK-74
Sürücü S
Snayper Sn
Pulemyotçu P
Avtomobil
SnaypeSn
Tuşlayıcı T AK-74
Heyət nəfəri-atıcı Hna
Atıcı A

BMP-2 tırtıllı, BTR-80 A isə təkərli döyüş maşınlarıdır. Yüksək manevr imkanına malik olan bu maşınlar şəxsi heyəti ön xəttə çatdırmaq, onun mobilliyini və silah gücünü artırmaq üçündür. Su maneələrindən, yolsuz ərazilərdən və qalın qar olan yerlərdən keçməyə qadir olan bu maşınlar həm də gecəgörmə cihazları ilə təchiz olunmuşdur.

Avtomobil üzərindəki manqanın ön xəttə çatdırılması və mobilliyinin artırılması QAZ-3308 “Sadko”, “Ural”, “Kamaz” markalı avtomobillər vasitəsilə həyata keçirilir.