Coğrafi xüsusiyyətlər | Fiziki-coğrafi rayonlar |
a. Şirvan
düzünün mütləq yüksəkliyi
nisbətən çox olan ərazisini tutur. |
|
b. Ərazisində
Neogen yaşlı süxurlar
yayılmışdır. |
|
c. Qışı quraq
keçən mülayim-isti iqlim tipi hakimdir.
|
|
d.Suvarma
kanalları və kollektor-drenaj şəbəkəsi sıxdır.
|
|
e.Kür çökəkliyi
və Kiçik Qafqaz vilayətləri arasında sərhəd rolunu oynayır.
|
|
f.Mil–Muğan su
anbarı burada yerləşir.
|
Enlik istiqamətində uzanan Murovdağ silsiləsi bu vilayəti şimal-şərq və cənub-şərq hissələrinə ayırır. Murovdağdan şimal-qərbdə Şahdağ, cənub-qərbdə Şərqi Göyçə, cənubda isə Qarabağ silsiləsi uzanır.
Qarabağ silsiləsindən qərbdə Qarabağ vulkanik yaylası yerləşir. Yaylada sönmüş vulkanların hündür zirvələrinə rast gəlinir.
Kiçik Qafqazda Mezozoy və Kaynozoyun IV dövrünün vulkanik süxurları geniş yayılmışdır. Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya daxildir. Maqmatik süxurların səthə çıxdığı ərazilər filiz faydalı qazıntıları ilə zəngindir. Ərazidə tikinti materialları və mineral sular geniş yayılmışdır.