(1) İşıq konsepti Optika mühəndisinə görə işıq ultrabənövşəyi və infraqırmızı radiasiya arasına daxil edilən elektromaqnit spektrin çox kiçik hissəsidir. Elektromaqnit spektrin görünən hissəsi şəkildə göstərildiyi kimi təxminən 380 nm-dən 780 nm-ə qədər uzanır. Elektromaqnit spektrin bu hissəsini digər hissələrdən fərqləndirən cəhət ondan ibarətdir ki, bu sahədə radiasiya insanın vizual sisteminin fotoreseptorları tərəfindən udulur və bununla görmə prosesini başladır. Şimali Amerikanın İşıqlandırıcı Qurğu İstehsalçıları Cəmiyyəti (IESNA) işığı "tor qişanı oyadan və görmə hissini yaradan şüa enerjisi" kimi müəyyənləşdirir. "Buna görə də işıq şüa enerjisi və ya görmə hissi baxımından ayrıca təsvir oluna bilməz və bunların ikisinin kombinasiyası ilə formalaşır.
1. "Görünən" spektr: Biz ümumilikdə, Şəkildə göstərildiyi kimi, beş sadə rəngi elektromaqnit spektrin görünən hissəsi ilə əlaqələndiririk. Bu rənglər ayrıca zolaqlar deyil və bir-birinə qarışır.
2. Ultrabənövşəyi şüa: Bəzən qeyri-düzgün şəkildə "UV işıq" adlandırılan ultrabənövşəyi şüa şəkildə göstərildiyi kimi, görünən şüaya (işıq) nisbətən daha qısa dalğa uzunluqlarına malikdir.