Şəkil 4. İnəyin skeleti 1. kəllə
2. boyun
3. döş
4. bel
5. oma
6. quyruğun skeleti
7. çiyin qurşağı (kürək)
8. çanaq qurşağı
9. bazu sümüyü
10. bud sümüyü
11. said sümüyü
12. baldır sümüyü
13. bilək sümüyü
14. daraqarxası sümük
15. əl darağı sümüyü
16. ayaqdarağı sümüyü
17. barmaq sümükləri

1.2.1 Sümüklərin rəngi və forması
Müxtəlif heyvan sümüklərinin özünəməxsus rəngi var. Bu, ağ, acıq sarı rəngdən tünd qəhvəyi və qara rəngə qədər dəyişir. Bəzi heyvan cinslərinin təmizqanlılığının bonitirovkasında buynuzlarının rəngi də nəzərə alınır. Belə ki, təmizqanlı simmental cinsli inəklərin buynuzları sarımtıl rəngdə olur və uc hissəsi qəhvəyi rəngə çalır. Buynuzun uc hissəsinin qara rəngdə olması həmin heyvanın təmizqanlı simmental cinsinə aid olmadığını bildirir. Sümüklər xarici formasına görə uzun boruşəkilli, qısa, yastı və qarışıq olur.
Şəkil 5. Simmenta
cinsli inək
Şəkil 6. Dağ keçisi Şəkil7. Ayrı-ayrı
heyvanların
buynuzu (inək,
camış, ceyran)
Şəkil8. Maralın
kəllə skeleti