Növündən asılı olmayaraq kompüterlərin hamısı əvvəlcə verilənləri qəbul edir, sonra isə onları müəyyən şəklə çevirir.

Çox zaman veriləninformasiya terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur.

Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvolları sətri verilənlərdir.

İnformasiya mənası olan verilənlərdir. Siz simvollar yığınının nə ifadə etdiyini bilirsinizsə, o, informasiya olur.

Məsələn, '19091985' hər hansı malın kodu, yaxud kiminsə doğum tarixi (19 sentyabr 1985) ola bilər. Mənasını bildikdə o sizin üçün informasiyaya çevrilir.


Kompüter sisteminin iş prinsipi


  1. İnformasiya kompüterə giriş qurğuları vasitəsilə daxil edilir.
  2. Verilənlər, aralıq nəticələr, eləcə də sonradan istifadə etmək üçün nəzərdə tutulan informasiya yaddaş qurğusunda saxlanılır.
  3. Prosessor informasiyanı emal edir.
  4. İstifadəçi informasiyanı çıxış qurğularından alır.

İnformasiyanı kompüterə daxil etmək üçün, əsasən, klaviatura və siçan qurğularından istifadə olunur. Bu məqsədlə başqa qurğular da nəzərdə tutulub: skaner, mikrofon, coystik, trekbol, qrafik planşet, sensor ekran, rəqəmsal kamera. Bu qurğulara daxiletmə, yaxud giriş qurğuları deyilir.


Giriş qurğuları


Klaviatura

Siçan

Skaner

Mikrofon


Prosessor kompüterin sistem blokunda yerləşir. O, sistem blokunda başlıca qurğu olan sistem lövhəsinin (ana lövhənin) üzərinə bərkidilir.