Yer kürəsində ən böyük quru parçaları materiklər adlanır. 6 materik
vardır: Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika,
Antarktida, Avstraliya. Sahəsinə görə ən böyük materik Avrasiyadır.
Dünyanın ən uca zirvəsi Comolunqma, ən böyük gölü Xəzər bu
materikdədir. Ən kiçik materik isə Avstraliyadır. Avstraliya digər
materiklərlə quru əlaqələrinə malik olmadığına görə özünəməxsus
təbiətə malikdir. Afrika materiki 4 yarımkürədə yerləşir.
Dünyanın ən böyük səhrası – Böyük Səhra da buradadır.
Antarktida materiki Cənub qütbü ətrafındadır. Orada dünyanın ən soyuq məntəqəsi yerləşir. Materikin səthi buzla örtülüdür. Bu materikdə daimi yaşayan əhali yoxdur.
Şimali və Cənubi Amerika materikləri Qərb yarımkürəsində yerləşir. Avropalılar bu materikləri tarixən bir qitə - Amerika kimi qəbul etmişlər.