30. DÜNYA OKEANI

  • Şəkildəki quru sahələri arasındakı fərqli cəhətləri müəyyən edin.
  • Sizə bu ərazilərdən birində yaşamaq seçimi verilərsə, hansına üstünlük verərdiniz? Fikrinizi əsaslandırın.

Cədvəli çəkin. Dünyanın fiziki xəritəsindən istifadə etməklə suallara cavab yazın.

Suallar Avrasiya Şimali Amerika Cənubi Amerika Afrika Avstraliya
Hansı okeanlarla əhatə olunur?
Sahil xətlərinin forması sadə, yoxsa girintili- çıxıntılıdır?
Müzakirə edək:
  • Hansı materiklərin sahil formaları sadədir?
  • Sahillərin girintili-çıxıntılı olmasının müsbət və mənfi cəhətlərinə dair fikirlərinizi bildirin?

Materik sahilləri girintili-çıxıntılıdır. Burada dəniz, körfəz, ada, yarımada və boğazlar mövcuddur. Dəniz okeanın bir hissəsidir. Lakin hər hansı təbii sərhədə malikdir. Bu sərhədlər ada, yarımada, hətta sualtı dağlar da ola bilər. Bəzən dənizlər aid olduğu okeanla ensiz su sahəsi, yəni boğaz vasitəsilə əlaqəli ola bilər. Belə dənizlərə daxili dənizlər deyilir, məsələn Aralıq və Qırmızı dənizlər. Müvafiq olaraq bu dənizlər CəbəlüttariqBab-əl- Məndəb boğazları vasitəsilə okeanlarla birləşir.

Sahil xətlərinin mürəkkəb formaları dəniz ticarəti üçün əhəmiyyətlidir. Dəniz limanı üçün körfəzbuxtalar daha əlverişlidir. Onlar aid olduğu okean və ya dənizlərlə birbaşa əlaqədədir, amma quruya daha çox daxil olmuşdur. Bu da dəniz limanını güclü külək və dalğalardan qorumağa imkan verir. Dünyanın ən böyük Qvineya, Meksika, Benqal körfəzlərinin sahillərində onlarca liman vardır. Bakı dəniz limanı da Xəzər dənizinə aid olan Bakı buxtasının sahilindədir.

Materik sahillərinin mürəkkəb və ya sadə formasının əsas göstəricisi isə adayarımadaların olmasıdır. Qurunun okeana daha çox daxil olan hissələri yarımada adlanır. Məsələn, Ərəbistan, Hindistan, Skandinaviya və s.

Cəbəlüttariq boğazının Cəbəlüttariq qayasından görünüşü