Qoruq mövcud təbii komplekslərin olduğu kimi saxlanılmasını təmin edən və dövlət tərəfindən mühafizə olunan ərazidir. Qoruqlarda nadir, yaxud nəsli kəsilməkdə olan bitki və heyvan növləri, eləcə də məhv olmaq təhlükəsi qarşısında qalan təbii komplekslər qorunur.
Heyvan adlarını cədvəlin uyğun sütunlarında qeyd edin: keçi, ceyran, at, inək, siçan, dovşan, cüyür, bəbir, ayı, canavar, suiti, qaban.
Xüsusi mühafizəyə ehtiyacı olanlar | Geniş yayılanlar |
Azərbaycan qoruqları. Respublikamızda mövcud olan bitki və heyvan növlərinə malik təbii landşaftların qorunub saxlanılmasında qoruqların müstəsna rolu vardır. Azərbaycanda 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir.
Azərbaycanın qorunan ərazilərinin xəritəsi
Qızılağac Dövlət Təbiət Qoruğu. Azərbaycanın ən böyük qoruğudur. Ərazisi 88.360 ha-dır. Landşaftına görə su-bataqlıq quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan qoruqdur.
Qoruq ərazisinin qışı mülayim, yayı isə quru və isti keçir. Burada su-bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılmışdır.