17. ALBANİYA DÖVLƏTİNİN YARANMASI

Qafqaz Albaniyası, leqlər, utilər, Ay məbədi

Müasir xəritə üzərində Albaniyanın ərazisini müəyyən edin.

Əhali. Albaniyanın əhalisi türkdilli və Qafqazdilli tayfaların birliyindən ibarət idi. Bu tayfaların arasında albanlar çoxluq təşkil edirdilər. Qaynaqlarda Albaniyada ayrı dillərdə danışan 26 tayfanın yaşaması göstərilir. Albaniya ərazisində albanlardan başqa leqlər, kadusilər, kaspilər, utilər, qarqarlar və b. tayfalar da yaşamışlar.

Albaniya dövləti e.ə. III əsrdə

“Arsak” (Ərsak) sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır. “İgid sak”, “ər sak” mənasını verir. Bu vilayətin ərazisində türk tayfaları olan - qarqarlar, xəzərlər və albanlar yaşamışlar. Bu ərazidən Qarqar çayı da axır.