Dəmir dövrü. İbtidai icma quruluşunun ən qədim dövrü Daş dövrüdür. Daş dövrünün inkişafı 3 mərhələdən keçmişdir:
Bacarıqlı insanın nəyə qadir olduğunu izah edin.
Tarixdə Eneolit* adlanan bir dövr də vardır ki, bu, Daş dövrünün sonu, metaldan istifadəyə keçid dövrü kimi qiymətləndirilir.
“Alt Paleolit* dövrü”. Paleolit dövrünün ilk mərhələsi Alt Paleolit ilk insan tipinin — “bacarıqlı insan”ın yaranması ilə başlamışdır. Paleolit dövrünün bu mərhələsi 100 min il əvvələ qədər davam etmişdir. "Bacarıqlı insan"lar iki ayaq üstündə, əyilərək hərəkət edə bilir, sadə işlər görürdülər. Daşdan, ağacdan, sümükdən əmək alətləri hazırlamağı bacarırdılar.
Qədim insanlar çayların, göllərin kənarında, şirin su qaynaqlarına yaxın yerləşən mağaralarda məskən salırdılar. Təbii mağaralar insanları soyuqdan, küləkdən, yağışdan qoruyurdu.
Təbiət hadisələri və vəhşi heyvanların hücumları qarşısında aciz qalmış ibtidai insanlar kortəbii şəkildə birləşir, dəstələr və kiçik qruplar — icmalar halında yaşayırdılar.
* Eneolit - “eneos” latınca mis, “litos” yunanca daş deməkdir.
* Paleolit - “paleo” latınca qədim, “litos” yunanca daş deməkdir.