Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Naxçıvandakı müalicəvi suların əksər hissəsi tektonik çatların üzərindədir.

Azərbaycanın çox hissəsi 7-8 ballıq, Gəncəətrafı ərazilər, Naxçıvanda Qapıcıq zirvəsi ətrafı və Böyük Qafqazın cənub yamacı (xüsusilə Şamaxı və onun ətrafları) 9-10 ballıq zəlzələ zonasına aiddir.

Azərbaycan ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Geoloji quruluş hər hansı bir ərazidə süxurların xüsusiyyətləri, yəni onların yaşı, mәnşәyiyatım istiqamәtlәrini əks etdirir, milyon illər ərzində formalaşır.

Azәrbaycan әrazisi 400–450 milyon il әvvәl
– Su sahələri – Su sahələri
Azərbaycanda ən qədim süxurlar Naxçıvanda (Dərələyəz silsiləsində və Sədərək qalxmasında) və Kiçik Qafqazın şimal hissəsində (Tovuzçay, Zəyəmçay, Əsrikçay hövzələrində) aşkar edilmişdir. Onların yaşı 400–450 milyon ildən çoxdur.
Azәrbaycan әrazisi 130–250 milyon il әvvәl


130–250 milyon il əvvəl Azərbaycanın indiki ərazisi Tetis okeanı suları ilə örtülü olmuşdur. Böyük və Kiçik Qafqazın yerində hündür olmayan adalar mövcud olmuşdur.
Azәrbaycan әrazisi 1,5–1,8 milyon il әvvәl


1,5–1,8 milyon il əvvəl hazırda mövcud olan düzənliklər üzə çıxmış, dağların mütləq hündürlüyü isə artmışdır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması
Azərbaycanın fiziki və tektonik zonalar xəritələrinə əsasən relyef formalarının hansı tektonik zonada yerləşdiyini müəyyən edin və cədvəli tamamlayın:
1 Samur-Dəvəçi ovalığı 11 Şirvan düzü
2 Yan silsilə 12 Qusar maili düzənliyi
3 Talış dağları 13 Qanıx-Əyriçay çökəkliyi
4 Qarabağ vulkanik yaylası 14 Dərələyəz silsiləsi
5 Sədərək düzü 15 Salyan düzü
6 Cənub-Şərqi Şirvan düzü 16 Şahdağ silsiləsi
7 Zəngəzur silsiləsi 17 Qarabağ silsiləsi
8 Ceyrançöl düzənliyi 18 Muğan düzü
9 Murovdağ silsiləsi 19 Baş Qafqaz silsiləsi
10 Mil düzü 20 Peştəsər silsiləsi

Tektonik zonalar Coğrafi obyektlər