2. SİMVOLLARA ÇEVRİLMİŞ TƏBİƏT

BİLƏCƏKSİNİZ:
  • Xalq sənətində simvolların mənası.
  • İnsanın istifadə etdiyi əşyaları bəzəməkdə məqsədi.

Əfsanəvi quş, nəcib at, insan fiquru, qeyri-adi ağaclar... Nəsildən-nəslə ötürülən bu obrazları kim və nə zaman düşünmüşdür? Onların mənası nədir?

Ulu əcdadımız düzəltdiyi əşyaları sadə ornamentlərlə bəzəyərdi. O, dünyanın sirli, müəmmalı görünən hallarını başa düşməyə can atar və dünya haqqında təsəvvürlərini şərti işarələrlə ifadə edərdi.

Yaradıcı araşdırma: xalq sənətində simvollar və onların mənası

Əcdadlarımız bu simvol-naxışlarla əşyaları bəzəyərdi.

  • Xalq sənətində istifadə olunan Günəş, torpaq, bərəkət və su simvollarının yerləşdiyi rəmzi forma haqqında danışın.