Sonu sıfırla qurtaran natural ədədləri
bölmək üçün bölünən və bölənin sonundan
böləndəki sıfırların sayı qədər sıfır
atıb, bölməni yerinə yetirmək olar.
Bölmə əməlini yerinə yetirin. Qismətdəki sıfırların sayına diqqət edin.
12 000 : 40
24 000 : 60
20 000 : 400
42 000 : 700
35 000 : 70
210 000 : 30
540 000 : 900
720 000 : 800
Qismətlər ardıcıllığını nəzərdən keçirin. Bir ifadə də siz əlavə edin.
a) 54 000 : 600 ilə 540 : 6 qismətlərinin bərabər olduğunu izah edin.
b) "Bölünən və böləni eyni natural ədədə vursaq və ya bölsək, qismət
dəyişməz” fikrini təsdiqləyən daha iki nümunə yazın.
Stadionda keçirilən şənliklər zamanı hər 200 şagirdə 2 rəhbər təhkim
olunması nəzərdə tutulmuşdur. 10 000 şagirdə neçə rəhbər lazımdır?
Validə deyir ki, 600 000 : 6 000 bölmə əməlində qismət 600 000 ədədinin 6000 ədədindən 100 dəfə
böyük olduğunu göstərir. Bunu 6 · 100 · 1000 və 6 · 1000 hasillərini müqayisə etməklə də görmək
olar. Başqa nümunələr yazmaqla Validənin fikrinə münasibət bildirin.
Məktəb kitabxanasındakı 2 465 kitabdan 465-ni uşaqlara payladıqdan sonra
qalanlarını hər birində 50 ədəd olmaqla rəflərə yığdılar. Kitablar neçə rəfə
yığıldı?
Mağazada gün ərzində hər birində n sayda olmaqla m yeşik ananas satildı.
Ananasların satişından kassaya 240 manat daxil oldu. Bir ananasın qiymətini
göstərən ifadəni yazın. n = 5, m = 12 olduqda bir ananasın qiymətini tapın.