4-9. Perimetr
İstənilən çoxbucaqlının perimetri onun bütün tərəflərinin uzunluqları cəminə
bərabərdir. Dördbucaqlıların və üçbucaqların perimetrini hesablamaq qaydasını
hərflərin köməyilə düstur şəklində yazaq.
Düzbucaqlı və paraleloqram
P = 2a + 2b
Kvadrat və romb
P = 4a
Trapesiya
P = a + b + c + d
Üçbucaqlar:
bərabərtərəfli
P = 3a
bərabəryanlı
P = a + 2b
müxtəliftərəfli
P = a + b + c
-
1) Bir tərəfinin uzunluğu 4,75 sm olan rombun perimetrini tapın.
2) Perimetri 80,5 m olan düzbucaqlı şəklində sahənin bir tərəfinin uzunluğu 30,25 m-dir. Bu
sahənin digər tərəfinin uzunluğu neçə metrdir?
3) Bir tərəfinin uzunluğu 1 1
5 m olan bərabərtərəfli
üçbucağın perimetrini tapın.
-
Hər bir fiqurun perimetrini hesablamaq üçün düstur yazın.
-
Verilənlərə görə tələb olunanları tapın.
1)
b = ?
2) P = ?
3) P = ?
4)
c = ?
-
Ölçüləri 20 m x 30 m olan həyətyanı sahəyə hasar çəkilməlidir. Evin 8 m uzunluğundakı divarı
və eni 2 m olan giriş qapısı hasarın bir hissəsini əvəz edir. Hasarın uzunluğu neçə metr olmalıdır? Məsələyə uyğun şəkil
çəkin.
-
Tərəfləri a = b = 4 1
2 sm və
c = 5 1
2 sm olan bərabəryanlı üçbucağın
perimetri neçə santimetrdir?