Zəlimxan Yaqub 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuşdur. “Saz”, “Göyçədərdi”, “Borça lıda qalan izlər”, “Ey vətən oğulları”, “Haqq-ədalət”, “Əbədiyyət dastanı”, “Peyğəmbər” və digər sanballı əsərləri ilə oxucuların qəlbinə yol tapmışdır. Haqqında ciddi elmi məqalələr yazılmış, filmlər çəkilmişdir. Azərbaycanın Xalq şairi fəxri adına layiq görülmüşdür.

2016-cı ildə Bakı şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.


Sabir Əhmədli 10 iyul 1930-cu ildə Cəbrayıl rayonunda anadan olmuşdur. O, ədəbi fəaliyyətə “Poçtalyon” hekayəsi ilə başlamışdır. “Birpayız axşamı”, “Toğana”, “Mavigünbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Yanvarhekayələri”, “Axirətsevdası”, “Şəhidruhu” və s. dəyərli kitabların müəllifidir. Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.

Sabir Əhmədli 19 aprel 2009-cu ildə Bakıda vəfat etmişdir.


Xəlilov Zahid Abdulla oğlu (Zahid Xəlil) 1942-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Uşaq yazıçısı kimi tanınır.

“Uçan çıraqlar”, “Qarışqalar”, “Mən rəngləri tanıyıram”, “Göydən üç alma düşdü”, “Quşlar, quşlar”, “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” və s. kitabların müəllifidir. 2002-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.


Əzizə Əhmədova 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. “Xınalı qayalar”, “Yaz qarı”, "Onu çiçəklər sevdi”, “Bu ellərə vurulmuşam”, “O günlərə baxıram”, “Bir ürək sındırmışam”, “Çiçəklərim” kitab larının və uşaqlar üçün yazılmış “Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları” əsərinin müəllifidir. Dünya ədəbiyyatından etdiyi tərcümələri ilə də tanınmışdır. Uzun müddət “Gənclik” nəşriyyatının direktoru vəzifəsində işləmişdir.

Əzizə Əhmədova 2003-cü ildə vəfat etmişdir.