“Əkinçi və Canavar” mətninin son cümləsini bir daha oxuyun.
İndi isə aşağıdakı mətni oxuyun və həmin cümləni mətnin uyğun hissəsinə əlavə edin.

ÇİL TOYUQ VƏ SİÇAN BALALARI (Rus nağılı)

Bir evdə Çil Toyuq və iki siçan balası yaşayırdı. Bir dəfə Toyuq kökə bişirmək istədi. Siçanlara dedi:

- Sünbülü dəyirmana kim aparacaq?

- Biz yox, biz yox! - deyə siçanlar qışqırdılar və topu götürüb oynamağa qaçdılar.

Toyuq özü sünbülü dəyirmana apardı. Qonşuluqda yaşayan Sincab və Dovşan ona kömək etdilər. Toyuq dənləri üyütdü, dadlı kökələr bişirdi və dedi:

- Kökələr hazırdır. Onları kim yeyəcək?

- Biz, biz! - deyə siçanlar qışqırdılar.

Toyuq dedi:

- Yox, belə olmaz. Kim işləyibsə, kökələri də o yeyəcək!

Toyuq Dovşanı və Sincabı qonaq çağırdı.

Oturub ləzzətlə kökələri yeməyə başladılar.

Siçanlar isə baxa-baxa qaldılar.

Altından xətt çəkilmiş cümləni şəkillərin köməyi ilə genişləndirin.

“Əkinçi və Canavar” ilə “Çil Toyuq və siçan balaları” mətnlərindəki obrazları müqayisə edin.