Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq suyun temperaturunu 1ºC artırmaq üçün 4200 C, həmin kütləli kerosinin temperaturunu 1ºC artırmaq üçünsə 2100 C istilik miqdarı tələb olunur. 2 kq suyun temperaturunu 1ºC artırmaq üçün 8400 C, həmin kütləli kerosinin temperaturunu 1ºC artırmaq üçünsə 4200 C istilik miqdarı sərf olunur. İstilik miqdarı cismin kütləsindən necə asılıdır?
Məsələ 2.Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq suyun temperaturunu 10ºC artırmaq üçün 42000 C, həmin kütləli kerosinin temperaturunu 10ºC artırmaq üçünsə 21000 C istilik miqdarı tələb edilir. İstilik miqdarı nədən asılıdır?
Cismi qızdırarkən ona verilən istilik miqdarı bu cismin kütləsindən və temperatur dəyişməsindən düz mütənasib asılıdır:
Q~m∇t
və ya
Q = cm∇t = cm(t2 - t1)