İNFORMASİYA

5

ELEKTRON POÇT VƏ İNTERNET

  • İnternet haqqında nə bilirsən?
  • İnternetdə olarkən nə edirsən?

Elektron poçt

Müasir dövrdə informasiyanı ötürmək üçün elektron poçtdan geniş istifadə olunur.
Adi poçtda olduğu kimi, elektron poçtda da hər bir kəsin poçt ünvanı olmalıdır.
Siz elektron poçt vasitəsilə dünyanın istənilən noqtəsindəki şəxsə məktub göndərə bilərsiniz.
Başqalarından da məktub ala bilərsiniz.

Adi poçtdan fərqli olaraq, elektron poçt gecə-gündüz fasiləsiz işləyir. Elektron məktub ünvana ani olaraq çatır. Bir məktubu eyni vaxtda istənilən sayda ünvana göndərmək olar.

FİKİRLƏŞ

Elektron məktubu şəkildəki hansı vasitələrlə göndərmək olar?