Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o qədər müxtəlif rənglər var ki!..
Qırmızı, sarı, göy - əsas rənglərdir.
Bənövşəyi, yaşıl və narıncını isə qarışıq rənglərə aid edirlər.
Nümunələrin hansının rəngini təbiət, hansını isə insan verib?
Əsas rəngləri qarışdırarkən qarışıq rəngləri almaq olar.
Qırmızı və sarı rəngin qarışığından narıncı rəng alınır.
Sarı və göy rəngin qarışığından alınır.
Bəs bənövşəyi rəngi necə almaq olar?
Bir neçə rəngi qarışdıraraq, müxtəlif qarışıq rənglər almaq olar. Onların alınmasını izah et.
YADDA SAXLA. Əsas rəngləri heç bir rəngdən almaq olmur.
Təbiətdə daha çox hansı rəngləri müşahidə etmisən – əsas və ya qarışıq? Nümunə göstər.