Bunu göstərmək üçün dərin yerlər tünd, dayaz sular isə açıq mavi rənglənir.

Dağlar qəhvəyi rənglə göstərilir. Hündür dağlar tünd qəhvəyi rəngdə verilir. Hündürlük azaldıqca tünd qəhvəyi rəng açıq qəhvəyi rəngə keçir.

Xəritə və qlobusda buzlaqlar ağ, düzənlik ərazilər isə yaşıl rənglə göstərilir.

Dünya xəritəsi
 

Yer üzündə quru sahələr, onların üstündə çoxlu ölkələr var. Ölkələrdə müxtəlif insanlar yaşayır. Doğma Azərbaycanımız da bu ölkələrdən biridir. İndi mən artıq bilirəm ki, nə üçün «Yer kürəsi bizim evimizdir» deyirlər.

1) Yer digər planetlərdən necə fərqlənir? Şərh et.
2) Qlobus bizə Yer haqqında hansı məlumatları verir? İzah et.
3) Xəritələrdə şərti işarələrdən nə üçün istifadə olunur? Fikirlərini yoldaşlarınla bölüş.
4) Dünya xəritəsində Azərbaycanın yerini tap.