1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Sizə məlumdur ki, hekayə kiçik həcmli nəsr əsəridir. Amma bilməlisiniz ki, hekayə həm nəsr, həm də nəzm formasında olur. Nəsrlə yazılan hekayəyə mənsur hekayə də deyilir. Mənzum hekayə isə nəzmlə yazılır, şeir şəklində olur. Mənzum hekayələr müxtəlif mövzularda olsa da, onların mərkəzində baş qəhrəmanın həyatının bir səhnəsi, başına gələn bir hadisə yığcam şəkildə təsvir olunur. Belə əsərlərdə də yazıçı bir və ya bir neçə adamla bağlı əhvalatı, onların qarşılıqlı əlaqəsini əks etdirir.
Mənzum hekayənin digər nəzm əsərləri, eləcə də şeirlərlə oxşar və fərqli cəhətləri var. Həm mənzum hekayə, həm də şeir nəzm əsərləri olduğu üçün onlarda qafiyə və ahəngin olması vacibdir. Lakin şeirdə sənətkarın hiss və duyğularına geniş yer verilirsə, mənzum hekayədə müəyyən hadisənin təsviri önəmli sayılır.
Nizami Gəncəvi, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və başqa sənətkarlar maraqlı mənzum hekayələr yazmışlar. Abbasqulu ağa Bakıxanovun “Hikmətin fəziləti” əsəri mənzum hekayə olub müdrik bir qoca ilə bağlı ibrətamiz hadisəni əks etdirir.
Araşdırın. Fikirləşin. Cavab verin2. Qoca obrazına münasibəti aydınlaşdırmaqla onu səciyyələndirin. Cədvəldən istifadə edin.
| Qoca obrazı | ||
| Şahın ona münasibəti | Yazıçının ona münasibəti | Sizin ona münasibətiniz |
3. Əsərdə müəllifin diqqətə çatdırmaq istədiyi əsas problem, sizcə, nədir? Yazıçı həmin problemin həllini nədə görür? Cədvəldən istifadə edə bilərsiniz.
| Əsərdə mühüm olan problem hansıdır? | Yazıçı bu problemin həllini nədə görür? | Siz necə düşünürsünüz? |