II dərs

Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.

B.Vahabzadənin yaradıcılığında Vətənə, insanın vətəndaşlıq borcuna həsr olunmuş əsərlər mühüm yer tutur. Onlardan biri olan “Vətəndaş” şeiri maraqlı məzmunu, yüksək bədiiliyi ilə diqqəti dərhal cəlb edir.

Bədii ifadə vasitəsi olan təkrirdən istifadə olunması şeirin təsir gücünü qat-qat artırmışdır. Təkrir eyni sözün, ifadənin təkrar olunmasına deyilir:

Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim. (A.Səhhət)

İkinci misradakı Vətənimdir, Vətənimdir, Vətənim sözləri fikri qüvvətləndirmək məqsədilə işlədilmiş təkrirdir. Təkririn iki növü var: Anafora, epifora. Anafora cümlənin, misranın başlanğıcında gələn təkrirdir. Epifora isə cümlənin, misranın sonunda təkrar olunan söz və ifadələrdir.

“Vətəndaş” şeirində hər bəndin əvvəlində təkrar olunan vətəndaş sözləri qüvvətli anaforadır. Sonuncu bənddə təkrar olunan “gəldik” sözü isə epiforadır: Bilirik, dünyaya biz niyə gəldik... Yaradan uğrunda ölməyə gəldik.

Araşdırın. Fikirləşin. Cavab verin

2. Şeir eyni mövzuda olan digər əsərlərdən hansı cəhətlərinə görə fərqlənir? Cədvəldə müvafiq qeydlər aparmaqla onu tanış olduğunuz digər əsərlə müqayisə edin.

Hansı cəhətlərinə görə müqayisə olunurlar? Əsərlərin adı
“Vətəndaş”  
     

3. Əsər vətəndaşlıq borcu haqqında təsəvvürünüzə yeni nələr əlavə etdi?

Şeiri öyrənməzdən əvvəl təsəvvürüm: _________________________________________________

Şeiri öyrəndikdən sonra təsəvvürüm: _________________________________________________

4. Təkrirlərin şeirdəki fikirlərin təsir gücünün artırılmasındakı rolunu aydınlaşdırın. Cədvəli dəftərinizə çəkin və tamamlayın.

Əsərdə işlədilmiş təkrirlər Fikrin təsir gücünün artmasında onların rolu
   

5. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Fikrinizi əsaslandırmaq üçün əsərdən nümunələr göstərməklə dəftərinizə çəkdiyiniz cədvəli doldurun.

Əsərin ideyasını daha qabarıq əks etdirən misralar Nə üçün belə düşünürsünüz?
... ...