Çalışmalar
  1. Şəkil 3-də verilmiş üçbucaqlarda hər tərəfin qarşısında duran bucağı və hər bucağın qarşısında duran tərəfi göstərin.
  1. ABC üçbucağının tərəfləri şəkil 4-də olduğu kimi kiçik latın hərfləri ilə, bucaqları isə α (alfa), β (beta) və γ (qama) yunan hərfləri ilə işarə olunub. Hər bucağın qarşısındakı tərəfi və hər tərəfin qarşısındakı bucağı yazın.
  2. a) AB > AC > BC; b) MN = MK < NK olarsa, ABC və MNK üçbucaqlarında bucaqlar və tərəflər arasındakı münasibətləri deyin, onların növünü müəyyən edin.
    1. MN < MK < NK olarsa, MNK üçbucağının tərəflərini müqayisə edin.
    2. ABC üçbucağında AB = 9 sm, AC = 14 sm, BC = 8 sm olarsa, onun bucaqlarını artan sıra ilə düzün.
  3. Düzbucaqlı üçbucaqda ən böyük tərəf hansıdır? İti bucaqlarından biri 34° olarsa, bu üçbucağın ən kiçik tərəfini müəyyən edin.
  4. Leyla və Fərid A bucağı 70° olan bərabəryanlı ABC üçbucağını çəkdilər. Leyla bu üçbucaqda BC tərəfinin AB və AC tərəflərinin hər ikisindən böyük olduğunu söyləyir, Fərid AB və BC tərəflərinin hər ikisinin eyni uzunluqda olub AC tərəfindən böyük olduğunu iddia edir. Onlardan hansı haqlıdır? Cavabınızı əsaslandırın.
  5. Bərabəryanlı ABC üçbucağının oturacağına paralel olan düz xətt AB tərəfini M, AC tərəfini isə N nöqtəsində kəsir. MAN üçbucağının növünü müəyyən edin.
  6. İsbat edin ki, BD tərəfi (şəkil 5) ABC üçbucağının yan tərəfindən a) böyükdür; b) kiçikdir. Cavabınızı əsaslandırın.