Ultrasəs texnologiyaları bir çox sahələrdə geniş tətbiq olunur. Belə ki, ilk ultrasəs lokatoru I Dünya müharibəsi zamanı sualtı gəmilərin aşkar edilməsi məqsədilə hazırlanmışdır (b). Daxili orqanların xəstəliklərinin aşkarlanması da ultrasəslə işləyən aparatlar (USM) vasitəsilə həyata keçirilir (c).
Gəmidəki exolot tezliyi 30 kHs ultrasəs dalğaları yayır. Bu dalğanın su daxilindəki
uzunluğu 5 sm-dir. Exolot dəniz dibinə göndərilən ultrasəs siqnallarını 10 san sonra
qəbul etdi.
Uyğun ifadələri verilən xanalarda yazmaqla hesablayın:
1) ultrasəsin
suda sürətini; 2) dənizin dərinliyini.
İnfrasəs (latınca “infra” – aşağı) – tezliyi 16 Hs-dən kiçik olan səs dalğalarıdır. İnfrasəs mənbəyi kimi vulkan püskürməsi (d), sahilə çırpılan dalğalardakı, raket atəşindəki (e), atom bombasının partlayışındakı (f) səsləri göstərmək olar.