Alçaq dağlıq və dağətəyi ərazilərdən axan çay dərəsinin yamacında yaranan pilləvari sahillər terras adlanır.

Çaylar sahillərini yuyaraq dərələrinin formalarını dəyişir. Maneələrlə rastlaşdıqda onlar sərt döngələr – meandrlar (c) yaradır.

Axın boyu çaylar dərəni formalaşdırır. Yuyulması daha çətin olan süxurların səthə yaxın yerləşdiyi dayaz yerlərdə meandrlar (d) yaranır. Astanalar gəmiçiliyə mane olur.

Çaylar dibini və sahillərini yuyaraq xeyli miqdarda materiallar gətirir. Mənsəbdə toplanan bu materiallar çayın çoxlu qollara ayrılmasına səbəb olur. Çayın qollara ayrıldığı geniş ərazi delta (e) adlanır.

Bəzi çayların mənsəbində güclü axınlar və ya qabarmalar toplanmış materialları sahildən aparır və qıfa bənzər körfəz – estuari (f) yaradır.

a
b
c e f
d

Okavango deltası, Bostvana, Afrika

Terras, Tailand, Asiya