Su hövzələrini çirkləndirən mənbələrdən birini seçin və aşağıdakı plan üzrə təqdimat hazırlayın:
Su hövzələrini çirkləndirən mənbələr. | Qısa məlumat |
Neft və neft məhsulları
|
Hər il Dünya okeanına 10 mln. tondan artıq neft məhsulları axıdılır. Aerofotoşəkillər okean səthinin 30%-nin neft qatı ilə örtülü olduğuna dair informasiya verir. Okeanın neftlə çirklənməsinin mənbələri müxtəlifdir: neft məhsulları boşaldıldıqdan sonra boş tankerlərə doldurulan suyun axıdılması, tankerlərə neftin yüklənilməsi, sahilboyunda yerləşən neft emalı müəssisələrindən axıdılan sular, gəmi qəzaları və materik dayazlığında olan neft mədənləridir. |
|
Sənaye və məişət çirkab suları su ehtiyatlarının əsas çirklənmə mənbəyidir. Sellüloz-kağız
sənayesi, kimya, koks-kimya, meşə kimyası, metallurgiya, maşınqayırma, elektrokimya, neft və
qaz sənayesi müəssisələrinin sürətlə inkişaf etməsi çirkli suların həcminin artmasına səbəb
olur.
|
|
Hidrosferi çirkləndirən ən başlıca mənbələrdən biri əkinçilikdə istifadəolunan
zərərlimaddələrdir(pes- tisidlər, ammonyak, nitrat, fosfor, kalium və s.). Xüsusilə
suvarılan torpaqlarda bu maddələr yeraltı suları və d. su hövzələrini çirkləndirir.
|