Nadir şahın qəbirüstü abidəsi. Məşhəd şəhəri. İran

Yeni çıxışlar. Nadir şahın öldürülməsi. Şirvan və Şəki üsyanlarından sonra Azərbaycanda xalq kütlələrinin vəziyyəti daha da pisləşdi. Hər yerdə dağıntı və aclıq hökm sürürdü.

Nadir şah xalq kütlələrinin ağır vəziyyətinə baxmayaraq, əhali üzərinə yeni vergilər qoyulması haqqında fərmanlar verirdi. Hökumətin bu tədbirləri xalq kütlələrinin yeni silahlı üsyanlara başlaması üçün təkan oldu.

XVIII əsrin 40-cı illərinin sonlarında Azərbaycanın cənub vilayətlərində güclü üsyanlar başlandı. Bu üsyanın başında özünü Sam Mirzə kimi qələmə verən yalançı şahzadə dayanırdı. III Sam Mirzə Əfşarlara qarşı həlledici çıxışa Novruz bayramının birinci günü başlamağı qərara aldı. Əhalinin mərkəzi hökumətə nifrətindən istifadə edən III Sam Mirzə şəhərlilərin böyük bir hissəsini öz tərəfinə çəkərək silahlı dəstələr yaratdı və onların köməyi ilə hakimiyyəti ələ aldı.

Nəyə görə Nadir şah tərəfindən yaradılmış güclü imperiya uzunömürlü ola bilmədi?

Bu dövrdə artıq Əfşarlar dövləti tam tənəzzül keçirirdi. Dövlət əleyhinə çıxışlardan bərk təşvişə düşən Nadir şah üsyançılara qarşı cəza dəstəsi göndərmək üçün qüvvə tapa bilmirdi. Dövrün üsyanlarının səciyyəvi cəhəti onların eyni vaxtda başlanması idi. Bu isə şah qüvvələrinin parça-