Rəşt müqaviləsi ilə XVII əsrdə bağlanmış Səfəvi-Rusiya ticarət müqaviləsinin hansı oxşar cəhətləri var idi?

dövləti Rusiya ilə əbədi dost olacağına söz verirdi. Rusiya dövləti Səfəvi taciri ərinə ölkənin hər yerində sərbəst, gömrüksüz ticarət etməyə və Rusiyadan gömrük veri mədən mal gətirməyə də icazə vermişdi. Səfəvi dövləti də öz növbəsində rus tacirlərinin gömrük vermədən onun ərazisindən keçərək Hindistana getməsinə razı olmuşdu. Rus tacirlərinin özlərinin və mallarının toxunulmazlığı təmin edilirdi. Beləliklə, Rəşt müqaviləsi ilə ölkə daxilində müəyyən sabitlik yarandı. Kür çayından cənubda yerləşən Xəzəryanı vilayətlər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi.

1734-cü ildə Şamaxını, daha sonra Gəncəni ələ keçirdikdən sonra Nadir xan rus ordusunun Xəzərsahili vilayətlərdən çıxarılması haqqında çoxdan başlamış danışıqları başa çatdırmağı qərara aldı və Rusiyadan Xəzərsahili vilayətləri boşaltmasını tələb etdi.

Sizcə, rus və Osmanlı qoşunlarının çıxarılmasından sonra Azərbaycan müstəqil dövlət ola bilərdimi? Fikrinizi əsaslandırın.

Nəticədə, 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi dövlətinin nümayəndələri arasında sonralar Gəncə müqaviləsi adını almış müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi.

Nadir xan Osmanlı dövləti ilə də münasibətləri qəti şəkildə nizama salmaq istəyirdi. Buna görə də Osmanlı dövlətinə qarşı həlledici döyüşlərə başladı. 1735-ci ilin iyununda Üçkilsənin*

* Üçkilsə — ermənilər tarix boyu Azərbaycana məxsus bu məkanı «Eçmiədzin» adlandırıblar