|
Kimyəvi birləşmələr
|
3 |
Tibdə həmçinin naşatır spirtindən də geniş istifadə olunur. Naşatır spirtinin formulu NH4OH-dır. Onun parçalanmasından ammonyak əmələ gəlir ki, o da kəskin iyli qazdır. Naşatır spirtindən bayılmış insanları ayıltmaq üçün istifadə olunması da ayrılan ammonyakın kəskin iyi hesabınadır.
| Ağız boşluğunda olan bakteriyaları öldürmək üçün antiseptik maddə kimi hidrogen peroksidin suda məhlulundan istifadə olunur. Onun formulu H2O2-dir. Hidrogen peroksid bakteriyaları öldürməklə bərabər, diş əti qanamasının qarşısını almaq və boğaz ağrısını sakitləşdirmək üçün də istifadə edilir. |
Bilirsinizmi?
Dərman preparatlarının tərkibi
müxtəlif kimyəvi birləşmələrdir.
Bunlara aspirini, ibuprofeni,
parasetamolu və s. misal
göstərmək olar. Bu kimyəvi
birləşmələr insan orqanizmində
pozulmuş müxtəlif prosesləri
tənzimləyir. Məsələn, aspirin
qanı duruldur, qan dövranını
yaxşılaşdıraraq infarkt riskini
azaldır.
|
|
Öyrəndiklərinizi tətbiq edin
Kimyəvi birləşməni təşkil edən elementlər onun “keyfiyyət tərkibi”dir.
a. Tanış olduğunuz maddələrdən “keyfiyyət tərkibi” eyni olanları müəyyən edin. Fikrinizi əsaslandırın. b. Su ilə keyfiyyət tərkibi eyni olan hansı maddəni tanıyırsınız? Bu maddə tibdə hansı məqsədlər üçün istifadə olunur? |
|
Kimyəvi birləşmə
1. Şəkər
2. Aseton
3. Naşatır spirti
|
Formulu
a. CH3COOH b. NH4OH c. C12H22O11 d. H2O2 e. C3H6O |