|
c
|
Dinozavrlar haqqında nə bilirsiniz? Bəs daha nə öyrənmək istəyərdiniz? Mətni oxuyun və yeni öyrəndiklərinizi qeyd edin.
|
2. Təxminən 225 milyon il əvvəl yaşamış dinozavrlar planetimizdə ən böyük canlılar idi. Həmin dövrdə insanlar hələ mövcud deyildilər. Dinozavrlar yarananda planetdə yalnız 1
|
qitə var idi. Qlobusda
gördüyümüz müxtəlif qitələr bir
böyük quru ərazinin hissələri idi.
Məsələn, dinozavr istəsəydi, indi
yaşadığınız yerdən Avstraliyaya
qədər piyada gedə bilərdi.
Üstəlik, iqlim çox fərqli idi. Dinozavrların yaşadığı dövrdə Yerdə hava isti və quru idi. Hətta Antarktida kimi indi qarla örtülmüş yerlərdə belə isti idi. |
Ən nəhəng dinozavrlar isə bitkiyeyən zauropodlardır. Zauropodların bir neçə növü məlum olsa da, hamısının bədən quruluşu oxşar idi: nəhəng gövdə, uzun boyun, quyruq və balaca baş. Onların bəzilərinin boyu dördmərtəbəli ev hündürlüyündə idi. |