başqa şəbəkə arxitekturalarının analoji qurğuları ilə müqayisədə
önəmli dərəcədə ucuzdur. Etheret-də praktik olaraq istənilən növ
kabeldən istifadə etmək olar, fiber-optik kabellərin tətbiqi isə
şəbəkənin bir-birindən uzaqda yerləşmiş hissələrini birləşdirməyə
imkan verir. Nəhayət, Ethemet-in müxtəlif variantlarının uyğunluq
dərəcəsi çox yüksəkdir ki, bu da şəbəkənin gücünü təkcə mövcud kabel
infrastrukturundan istifadə etməklə artırmaq deyil, həm də şəbəkəyə
daha sürətli seqmentlər qoşmaqla onu genişləndirməyə imkan verir.
Ona görə də bu gün Ethernet arxitekturası lokal şəbəkələrdə üstünlük
etməklə yanaşı, regional və qlobal şəbəkələrdə də başqa
texnologiyaları sıxışdırır.
Ethernet şəbəkələrinin başlıca çatışmazlığı onlarda mühitə erişim
metodu olaraq CSMA/CD (Carrier Sense Multiple Access with
Collision Detection - toqquşmaların aşkarlanması ilə daşıyıcını
dinləyən çoxlu erişim) protokolundan istifadə edilməsi ilə bağlıdır. Şəbəkədə iki və daha artıq bənd (stansiya) eyni anda
veriliş aparmağa cəhd etdikdə bu protokol E tətbiq olunur. CSMA/CD
protokolunun köməyi ilə şəbəkənin hər bir bəndi xəttin durumunu
izləyir və 3 yalnız xətt boş olduqda verilişə başlayır. İki bənd
60 eyni anda xətti tutmağa cəhd etdikdə yaranan toqquşmanı aradan
qaldırmaq üçün hər iki bənd verilişi dayandırır. Yeni
toqquşmalardan qaçmaq üçün onların hər ikisi təsadüfi (fərqli)
zaman intervalı müddətində gözləyir, sonra isə yenidən verilişə
cəhd edir. Şəbəkədəki kompüterlərin sayı artdıqca toqquşmaların
sayı da artır ki, bu da şəbəkənin buraxılış imkanını aşağı salır
və kadrların çatdırılma müddətini uzadır.
Bu maraqlıdır
1990-cı illərin
şəbəkə
interfeys kartında
(network interface card,
NIC)
iki bağlayıcı - həm
"incə" Ethernet (koaksial),
həm də "qalın" Ethernet
(sarınmış cütlük) kabelini
qoşmaq üçün bağlayıcılar
vardı.
İnternetdən 10Base-2, 10Base-5, 10Base-T, 10Base-FL, Fast Ethernet,
Gigabit Ethernet və 10 Gigabit Ethernet standartları haqqında
məlumat toplayın. Onların uyğun parametrlərinin qiymətlərini
müqayisə etmək üçün cədvəl hazırlayın. Daha hansı yeni standartlar
var və onlar 10 Gigabit Ethernet ilə müqayisədə hansı üstünlüklərə
malikdir?
Özünüzü yoxlayın
1. "Şəbəkə arxitekturası" nədir?
2. Ethernet arxitekturasının hansı üstünlükləri var?
3. Ethernet arxitekturasının əsas çatışmazlığı nə ilə bağlıdır?
4. Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti nə qədərdir?
5. CSMA/CD protokolu hansı funksiyanı yerinə yetirir?