"şəbəkə mühiti" deməkdir. Ethernet arxitekturası ilkin olaraq
1970-ci illərin ortalarında Xerox PARC şirkəti tərəfindən yaradılıb.
Intel və DEC şirkətlərinin iştirakı ilə təkmilləşdirildikdən sonra
1985-ci ildə qəbul olunmuş
IEEE 802.3 standartının
əsasını təşkil edir. Bu standarta görə, Ethernet arxitekturası
aşağıdakı parametrlərlə xarakterizə olunur:
Ethernet arxitekturası
№
|
Parametr
|
Qiyməti
|
1
|
Topologiya
|
şin
|
2
|
Erişim metodu
|
CSMA/CD
|
3
|
Ötürülmə sürəti
|
10 Mbit/san
|
4
|
Ötürülmə mühit
|
koaksial kabel
|
5
|
Sonlandıncıların (terminatorların) tətbiqi
|
hökmən
|
6
|
Şəbəkə seqmentinin maksimal uzunluğu
|
500 m-də
|
7
|
Şəbəkənin maksimal uzunluğu
|
2.5 km-də
|
8
|
Seqmentdəki kompüterlərin maksimal sayı
|
100
|
9
|
Şəbəkədəki kompüterlərin maksimal say
|
1024
|
Açar
sözlər
• Şəbəkə arxitekturası
• Ethernet
• 10Base-5
• 10Base-2
• 10Base-T
• 10Base-FL
• Fast Ethernet
• Gigabit Ethernet
• 10 Gigabit Ethernet
Ethemet-in ilkin versiyasında iki növ koaksial kabelin tətbiqi nəzərdə tutulmuşdu:
"qalın" (10Base-5 standartı) və "incə" ( 10Base-2
standartı). Ancaq 1990-cı illərin
başlanğıcında sarınmış cütlük (10Base-T) və fiberoptik
(10Base-FL) kabelindən istifadə etməklə
Ethernet şəbəkələrinin qurulması üçün spesifikasiyalar
(specification) meydana çıxtı. Sonra,
1995-ci ildə ötürməni 100 Mbit/san-dək sürətlə
təmin edən Fast Ethernet (IEEE 802.3u), 1998-ci
ildə Gigabit Ethernet (IEEE 802.3z və 802.3ab)
standartı, 2002-ci ildə isə 10 Gigabit Ethernet
(IEEE 802.3ae) standartı yarandı.
Diqqət!
IEEE qısaltması ("ay-tripl-e" kimi oxunur) Institute of Electrical and Electronics
Engineers (Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu) adından
yaranıb. Bu təşkilat 1963-cü ildə ABŞ-ın IAEE və IRE cəmiyyətlərinin birləşməsi
nəticəsində yaranıb. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və
sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur.
Ethernet arxitekturasının bir sıra üstünlükləri vardır. Əvvəla, bu texnologiyanı
gerçəkləşdirmək çox asandır. Ethernet-qurğular (şəbəkə adapterləri, toparlayıcılar kommutatorlar və s.)