7.
Use the following İP address variantını seçin və uyğun sahələrə
IP-ünvan (İP address), maska (Subnet mask) və şəbəkə keçidi
(Default gateway), eləcə də DNS serverlər haqqında məlumatları
daxil edin (bu məlumatı şəbəkə inzibatçısından öyrənə
bilərsiniz).
8.
Dəyişiklikləri yadda saxlamaq üçün OK düyməsini çıqqıldadın.
Local Area Connection - Properties pəncərəsini qapadın.
TARİX
1976-cı ilin iyulunda Vint Serf və Bob Kan ilk dəfə TCP vasitəsilə
verilənlərin üç müxtəlif şəbəkə boyunca ötürülməsini nümayiş
etdirdilər. Paket San-Fransisko-LondonCənubi Kaliforniya
Universiteti marşrutu ilə hərəkət edirdi. Paket 150 min km
məsafəni bir bit belə itki olmadan qət edərək son məntəqəyə çatdı.
1978-ci ildə Vint Serf, Con Postel və Deni Kohen TCP-də iki
funksiyanı ayırmağı qərara aldılar: TCP və İnternet protokolu
(Internet Protocol, IP). TCP məlumatı dataqramlara parçalamağa və
son məntəqədə onlan birləşdirməyə cavabdeh idi. IP isə ayrı-ayrı
dataqramları ötürməyə (alınmanı yoxlamaqla) cavabdeh idi. Müasir
İnternet protokolu bax belə meydana çıxdı.
Ötən əsrin 80-90-cı illərində məşhur olan praktik şəbəkə modellərindən biri
Novell şirkəti tərəfindən işlənib-hazırlanmış IPX/SPX modeli idi. Bu model
haqqında İnternetdən məlumat toplayın və onun hazırda, demək olar ki,
"unudulmasının" səbəblərini aydınlaşdırmağa çalışın.
Özünüzü yoxlayın
1. "Şəbəkə protokolu" termini nəyi bildirir?
2. TCP/IP modeli hansı səviyyələrdən ibarətdir?
3. TCP protokolu hansı funksiyanı yerinə yetirir?
4. IP protokolunun vəzifəsi nədir?