olur. Protokolların etibarlı və uzlaşdırılmış şəkildə işləməsi üçün onların hər bir əməliyyatı ciddi
qaydaya salınır. Müxtəlif istehsalçıların proqram və avadanlıqlarının
bir-biri ilə qarşılıqlı əlaqədə olması üçünsə protokollar müəyyən sənaye
standartlarına uyğun olmalıdır.
Protokol şəbəkədəkı kompüterlərin qarşılıqlı əlaqə
ardıcıllığını tənzimləyən
qaydalar və prosedurlar toplusudur.
Kompüter şəbəkələrinin mövcud olduğu uzun illər ərzində istər açıq (ödənişsiz
istifadə üçün dərc edilən), istərsə də qapalı (kommersiya şirkətləri tərəfindən yaradılmış və
istifadə üçün lisenziya tələb edən) olmaqla çoxlu sayda müxtəlif protokollar yaradılmışdır.
TCP/IP (Transmission Control Protocol / Intemet Protocol) adı iki mühüm
protokolun adından yaranıb və "ti-si-pi-ay-pi" kimi tələffüz olunur. TCP protokolu
iki kompüter arasında bağlantı qurmağa və verilənləri ötürməyə imkan verir. IP
protokolu isə ünvanlama sxemi ilə işləyir. O, ünvanı daxil etməyə və onu o biri kompüterə göndərməyə cavabdehdir; bundan sonra TCP protokolu verilənlərin daşınmasını həyata keçirir.
TCP/IP protokolunun köklənməsi
1.
İdarəetmə panelini (Control Panel) açın.
2.
NetWork and Internet bölümünə daxil olun.
3.
NetWork and Sharing Center bölümündə View network status and tasks bəndini
çıqqıldadın.
4.
Yan paneldəki Change adapter settings bəndini seçin. Şəbəkə bağlantılarının
siyahısı açılacaq.