4.1
ŞƏBƏKƏ KOMPÜTERLƏRİN "ÜNSİYYƏTİ"
İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər.
Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə
olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə,
ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istəyirsiniz.
Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni
kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaq, zərfin üzərində göndərən və alanın
ünvanlarını göstərmək, marka yapışdırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq)
lazımdır.
Bu məktubun sonrakı taleyi
artıq sizdən deyil, poçt xidmətindən
asılıdır. Məktub qatar,
gəmi, təyyarə və ya başqa
yolla tanışınızın yaşadığı ölkəyə,
şəhərə çatır, sonra isə onun
yaşadığı ərazinin poçt şöbəsinə
çatdırılır və nəhayət, onun
poçt qutusuna düşür. Yalnız
bundan sonra tanışınız zərfi
aça və yazdığınız məlumatla
tanış ola bilər
• Hansı halda
məktub
tanışınıza
yetişməyə bilər?
FƏALİYYƏT
Şəkildə elektron poçtun daşınması sxemi təsvir olunub.
Bu sxemi ənənəvi poçtun
daşınması sxemi ilə müqayisə edin.
- Elektron poçtda ənənəvi
poçt şöbələri rolunu nə
oynayır?
- Sizcə, spamaqarşı süzgəc
hansı funksiyanı yerinə
yetirir?
Göndərənin
"Göndərilənlər qutusu
Göndərənin
"Poçt serveri"
İNTERNET
Alanın
"Gələnlər qutusu"
Alanın
"Poçt serveri"
Spamaqarşı süzgəc
Şəbəkədə ünsiyyət zamanı kompüterlər də eyni
qaydada hərəkət edir. Onların birbaşa ünsiyyət
üsulu yoxdur - kompüterlər bir-biri ilə
"danışmağı" hələ ki öyrənməyib. Ona görə də
ünsiyyət qurmaq üçün onlar ardıcıl yerinə yetirilən və şəbəkə
protokolları adlandırılan bir sıra prosedurlardan istifadə etməli
Açar
sözlər
• Protokol
• TCP protokolu
• IP protokolu