İlkin yoxlama
1.
Rabitə vasitələri ilə birləşdirilmiş kompüterlər və onlarla bağlı qurğular qrupuna nə deyilir?
a) qraf
c) şəbəkə
b) tor
d) massiv
2.
Bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil?
a) modem
c) şəbəkə kartı
b) yönləndirici
d) RJ-45 bağlayıcısı
3.
Bunlardan hansı passiv şəbəkə avadanlığı deyil?
a) şəbəkə kabeli (CAT5)
c) Wi-Fi adapteri
b) RJ-45 bağlayıcısı
d) montaj şkafı
4.
Şəbəkədə paketləri qəbul edib ən səmərəli marşrut üzrə göndərən qurğu hansıdır?
a) şəbəkə keçidi
c) yönləndirici
b) körpü
d) toparlayıcı
5.
Şəbəkəni altşəbəkələrə ayırmaq və ya eynitipli şəbəkələri birləşdirmək üçün hansı qurğudan istifadə olunur?
a) şəbəkə keçidindən
c) yönləndiricidən
b) körpüdən
d) toparlayıcıdan
6.
Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır?
a) şəbəkə keçidi
c) yönləndirici
b) körpü
d) hab
7.
Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub?
a) ulduz
c) ağac
b) halqa
d) şin
8.
Kompüterin simsiz şəbəkəyə qoşula bilməsi üçün hansı qurğu tələb olunur?
a) Wi-Fi adapteri
c) şəbəkə keçidi
b) körpü
d) yönləndirici
9.
Bunlardan hansı İnternet xidməti deyil?
a) WWWW
c) IP-Phone
b) FTP
d) Access
10.
İnternetdə faylı bir kompüterdən başqasına köçürmək üçün hansı xidmətdən istifadə olunur?
a) WWWW
c) IP-Phone
b) FTP
d) Telnet