Biz hər gün evdə, işdə, küçədə, nəqliyyatda informasiya sistemləri ilə qarşılaşırıq. Bu sistemlər
bizim "köməkçilərimizdir və belə sistemlər olmadan həyatımızı təsəvvür etmək çox çətindir! Elektron
lüğətlər, ensiklopediyalar, hüquqi-normativ sənədlərin saxlandığı informasiya sistemlərindən, demək
olar ki, hər
kəs istifadə edir. Təbabət, meteorologiya, seysmologiya, kosmik uçuşlar kimi
sahələrdə araşdırılan obyektin durumu və parametrləri haqqında informasiyanın
xüsusi sensorlar vasitəsilə toplanması üçün informasiya və ölçü sistemləri geniş
tətbiq olunur. Sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin, inteqral sxemlərin və
molekulların modellərinədək hər cür mühəndis, memarlıq və
elmi modellərin layihələndirilməsində avtomatlaşdırılmış layihələndirmə sistemləri istifadə edilir.
Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında,
tibbi diaqnozların qoyulmasında, hüquqşünaslıq sahəsində daha böyük ehtimallı
variantın seçilməsində ekspert sistemləri əvəzsizdir.
Tədris prosesində öyrədici informasiya sistemləri - elektron dərsliklər, kompüter testləri, öyrədici
proqramlar, eləcə də trenajorlar geniş istifadə olunur.