ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLAR
1. Hansı mühakimələr doğrudur?
a) Qısamüddətli layihələrin icra müddəti 1 ilədəkdir.
b) Ortamüddətli layihələrin icra müddəti 2 ildən 3 ilədək olur.
c) Verilənlər bazası cədvəlinin hər bir sətri "sahə", sütunu isə "yazı" adlandırılır.
d) İkinci normal formanın tələblərinə görə, cədvəlin sətir və sütununun kəsişməsindəki hər bir xanada yalnız bir qiymət olmamalıdır.
e) Üçüncü normal formanın tələblərinə görə, açar olmayan hər hansı sahənin
dəyişməsi başqa sahələrə təsir etməməlidir
göstərir.
f) Verilənlər bazasının cədvəllərinə video informasiya yerləşdirmək olmur.
g) Cədvəlin qoşma sahəsinə birdən artıq fayl yerləşdirmək mümkün deyil.
h) verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan
istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik
baxımından etibarlıdır.
2. Cümlələrdə buraxılmış yerləri uygun ifadələrlə doldurun.
a) Layihə məhdud zaman və resurs çərçivəsində bənzərsiz ___, yaxud ___ yaratmaq
üçün məqsədyönlü fəaliyyətdir.
b) ___ görə layihələr təşkilati, texniki, sosial, iqtisadi və başqa layihələrə ayrılır.
c) Hər bir layihənin işlənib-hazırlanması bir neçə mərhələdən keçir: başlatma ,___,
___, bitirmə və bir də ___.
d) Layihənin strukturu ___ mərhələsində müəyyənləşdirilir.
e) Normallaşdırma qaydaları ___ yoxlamağa imkan verir.
f) ___normal formada açara daxil olmayan hər bir sahənin açar sahədən bütövlükdə
(onun bir hissəsindən deyil) asılı olması tələb edilir.
g) Cədvəlin yazılarına görüntü, səs, video və ya başqa növ fayllar yerləşdirmək üçün
___ verilənlər tipindən istifadə olunur.
h) Sorğu yaradarkən seçim şərtini ___ xanasına yazmaq lazımdır.
3. "Şəlalə modeli" nədir və sizcə, onun belə adlandırılmasının səbəbi nədir?
4. Verilənlər bazasının normallaşdırılmasının məqsədi nədir ?
5. Verilənlərin bazaya daxil edilməsi zamanı hansı halda cədvəl, hansı halda
forma rejimi əlverişli olur?