Bu maraqlıdır
İnsan fəaliyyətinin hərəkət edən görüntülərin yaradılması ilə məşğul olan sahəsi
kinematoqraf adlanır. Bu termin yunan dilindən tərcümədə
"hərəkəti yazan" mənasını verir.
Bəzən "sinematoqraf" və ya "kinematoqrafiya" kimi də işlədilir.
Dünya kinematoqrafında süjeti kompüter texnologiyaları ilə bağlı olan və baş qəhrəmanları
hakerlər və ya proqramçılar olan çoxlu sayda filmlər vardır:
• “Silikon vadisinin piratları'' (Pirates of Silicon Valley).
1999
• “Sosial şəbəkə” (The Social Network). 2010
• “Avqust” (August). 2008
• “Startap” (startup.com). 2001
• “2001: kosmik Odissey” (2001: A Space Odyssey). 1968
"Filmlər" cədvəlində hər bir film üçün 3 aktyorun qeyd edilməsi məqsədilə sahələr
nəzərə alınsa da, onların oynadığı rollara görə sahə ayrılmayıb. Bundan ötrü
"Filmlər" cədvəlinin strukturunda müvafiq dəyişikliklər edin.
"Kino" verilənlər bazasının strukturuna daha hansı cədvəlləri əlavə edərdiniz?
Belə vacib cədvəllərdən ikisini bazanın strukturuna əlavə edin və həmin cədvəlləri
"Filmlər" cədvəli ilə əlaqələndirin. Cədvəllərə bir neçə yazı daxil edin.
Hər bir cədvəl üçün uyğun forma və hesabat faylı yaradın.
Özünüzü yoxlayın
1. Azərbaycan kinosunun tarixi nə vaxtdan başlayır?
2. İlk səsli Azərbaycan filmi hansıdır?
3. Qoşma sahəsi nədir?
4. "Filmlər" cədvəlinin hər hansı yazısına uyğun filmdən bir parçanı (video faylı) necə
əlavə etmək olar?
5. Hansısa aktyorun (məsələn: İsmayıl Osmanlının) çəkildiyi filmlərin sayını tapmaq üçün
"Kino" bazasında sorğunu necə verərdiniz?