istifadə olunur; məsələn, cədvələ
qoşulmuş Word sənədini açdıqda Word tətbiqi proqramı başladılır və
sənədə baxış Access-də deyil, bu proqramda yerinə yetirilir. Əgər Word tətbiqi proqramı kompüterdə
quraşdırılmayıbsa, onda fayla baxmaq üçün uyğun proqramın
seçilməsini təklif edən dialoq pəncərəsi açılır.
Qoşmaların cədvələ əlavə edilməsi
1.
Siçanın göstəricisini "Filmlər" cədvəlinin adının üzərinə aparın və onu ikiqat
çıqqıldadın. "Filmlər" cədvəli cədvəl rejimində açılacaq.
2.
Göstəricini birinci yazının qoşma sahəsinin (qısqac simgəsi ilə göstərilib) üzərinə
aparın və həmin sahəni ikiqat çıqqıldadın. Attachments dialoq pəncərəsi açılacaq.
3.
Add düyməsini çıqqıldadın. Choose File dialoq pəncərəsi açılacaq. Yazıya əlavə
etmək istədiyiniz faylın olduğu yerə keçin, həmin faylı seçin və Open düyməsini
çıqqıldadın.
4.
OK düyməsini çıqqıldadın. Fayl cədvələ əlavə olunacaq və qoşmaların sayını
göstərən ədəd artacaq.