"Rejissorlar" cədvəli
RejissorKodu |
Soyadı |
Adı |
AtasınınAdı |
DoğumTarixi
|
ÖlümTarixi |
1 |
Tağızadə |
Tofiq |
Mehdiqulu |
07.02.1919 |
27.08.1998 |
2 |
Seyidbəyli |
Həsən |
Mehdi |
22.12.1920 |
25.06.1980 |
"Aktyorlar" cədvəli
AktyorKodu |
Soyadı |
Adı |
AtasınınAdı |
DoğumTarixi
|
ÖlümTarixi |
1 |
Məmmədov |
Həsən |
Ağaməmməd |
22.11.1938 |
26.08.2003 |
2 |
Qadoyev |
Həşim |
|
10.05.1937 |
|
3 |
Balayev |
Rasim |
Əhməd |
08.08.1948 |
|
4 |
Osmanlı |
İsmayıl |
Osman |
11.04.1902 |
22.06.1978 |
Siz indiyədək verilənlərin mətn (Text), ədəd (Number), tarix (Date/Time), sayğac
(AutoNumber) kimi tipləri ilə işləmişsiniz. Ancaq bəzən cədvəlin yazılarına görüntü,
səs, video və ya başqa növ fayllar yerləşdirmək lazım olur. Bu halda köməyə
Attachment (Qoşma) verilənlər tipi gəlir. Bu tipdən istifadə etmək üçün öncə
cədvəlin strukturuna qoşma tipli sahə əlavə etmək lazımdır. Cədvələ yeni sahə
artırmağı istər cədvəl, istərsə də konstruktor rejimində etmək mümkündür.
Növbəti "Addım-addım" bölümünü icra etməzdən öncə cədvəllərə əlavə etdiyiniz
hər yazıya uyğun bir şəkil tapın. Həmin faylları verilənlər bazasını saxladığınız
qovluğa köçürün.
Cədvəlin strukturuna qoşma sahəsinin əlavə edilməsi
1.
Verilənlər bazasının baş pəncərəsində "Filmlər" cədvəlini seçin, sonra isə alətlər
zolağındakı View düyməsini və açılan siyahıdan Design View bəndini çıqqıldadın.
"Filmlər" cədvəli konstruktor rejimində açılacaq
2.
Cədvəlin sonuncu sahəsindən sonrakı boş sahəni çıqqıldadın. Bu sahə aktiv olacaq.
3.
Field Name sütununda yeni sahənin adını (Foto) daxil edin və onun tipini Attachment
göstərin.
4.
Baş pəncərənin yuxarısındakı Save düyməsini çıqqıldatmaqla dəyişiklikləri yadda
saxlayın və cədvəli qapadın.
5.
Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərinin strukturuna da Foto sahəsi
əlavə edin.
Cədvələ qoşma sahəsi əlavə edildikdən sonra faylları bu cədvəlin yazılarına
yerləşdirmək olar. Bu məqsədlə verilənləri daxil etmək üçün xüsusi forma yaratmağa
da gərək yoxdur. Bundan başqa, qoşmalara baxmaq üçün formadan istifadə etməmək
də olar. Ancaq unutmayın ki, qoşmaya birbaşa cədvəldən baxan zaman həmin faylın yaradıldığı, yaxud bu tip fayllan dəstəkləyən proqramlardan