3.
Cədvəlin strukturunu yaratmaq üçün View düyməsini çıqqıldadın
və konstruktor rejimini (Design View) seçin. Save as dialoq
pəncərəsi açılacaq.
4.
Table Name sahəsinə Filmlər adını
yazın və OK düyməsini çıqqıldadın. "Filmlər" cədvəli
konstruktor rejimində açılacaq.
5.
"Filmlər" cədvəlinin yuxarıda verilmiş strukturuna uyğun olaraq
sahələrin adlarını və verilənlərin tiplərini bir-bir daxil
edin. Text tipli sahələrin ölçülərini dəyişərək onlara müvafiq
qiymətlər verin. Bütün sahələri daxil etdikdən sonra baş
pəncərənin yuxarısındakı Save düyməsini çıqqıldatmaqla
dəyişiklikləri yadda saxlayın.
6.
Eyni qayda ilə "Rejissorlar" və "Aktyorlar" cədvəllərini
yaradın.
7.
Cədvəllər arasında əlaqələr yaratmaq üçün Database Tools
Relationships menyu komandasını seçin. Relationships səhifəsi,
eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq. "Filmlər",
"Rejissorlar" və "Aktyorlar" cədvəllərini ardıcıl seçərək
pəncərəyə daxil edin.
8.
Filmlər" cədvəlinin
RejissorKodu sahəsini
"Rejissorlar" cədvəlinin uyğun sahəsi ilə əlaqələndirin. Eyni
qayda ilə "Filmlər" cədvəlinin
AktyorKodu1,
AktyorKodu2,
AktyorKodu3
sahələrini "Aktyorlar" cədvəlinin
AktyorKodu sahəsi
ilə əlaqələndirin. Hər şeyi düzgün etdinizsə, aşağıdakı
mənzərə alınacaq.
İndi bazanın doldurulmasına başlamaq olar. Hər bir cədvələ aşağıdakı
nümunələrə uyğun olaraq bir neçə yazı əlavə edin.
"Filmlər" cədvəli
Filmin
Kodu
|
Filmin
Adı
|
İstehsal
ili
|
Rejissor
Kodu
|
Ssenarist
|
Aktyor
Kodu1
|
Aktyor Kodu2 |
Aktyor Kodu3 |
1 |
Dədə Qorqud |
1975 |
1 |
Anar Rzayev |
1 |
2 |
3 |
2 |
Nəsimi |
1973 |
2 |
İsa
Hüseynov |
3 |
4 |
5 |